• Bakı 12° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Lautaro Martinez “Inter”in tarixinə düşdü

İDMAN

26 Fevral 2024 | 13:31

Lautaro Martinez “Inter”in tarixinə düşdü

İtaliyanın “Internazionale” klubunun futbolçusu Lautaro Martinez komandanın tarixinə düşüb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Milan təmsilçisinin A Seriyası tarixində 100 qol səddini keçən üçüncü əcnəbi oyunçusu olub.

Argentinalı forvard ölkə çempionatının XXVI turunun “Lecce” ilə matçında dubl etməklə 101-ci qoluna imza atıb.

“Inter”in heyətində daha əvvəl bunu macarıstanlı İştvan Nyörş (133) və argentinalı Mauro İkardi (111) bacarıb.

Lautaro Martines, həmçinin Qabriel Batistuta, Ernan Krespo, Qonsalo İquain, Mauro İkardi, Abel Balbo və Paulo Dibaladan sonra A Seriyasında 100 qol vuran yeddinci argentinalı futbolçu olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR