• Bakı 16° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9937

    RUB - 2.035

Çay stəkanına tüpürən qız danışdı - "Zarafatla etmişəm" - VİDEO

CƏMİYYƏT

29 Sentyabr 2025 | 23:28

Çay stəkanına tüpürən qız danışdı - Zarafatla etmişəm - VİDEO

Qız müştəriyə çay verməzdən əvvəl stəkana tüpürür və bunu telefona çəkir.

Bakıvaxtı.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Şəki şəhərində fəaliyyət göstərən "Azra" şirniyyat evinin xanım əməkdaşının müştərilərə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı görüntülər yayılıb.

Müzakirələrə səbəb olan videodakı qız “Xəzər Xəbər”ə danışıb. O, bunu rəfiqələrinə zarafat məqsədi ilə etdiyini bildirib.

Məsələ ilə bağlı sözügedən şirniyyat evi ilə əlaqə saxladıq. Obyektin rəhbəri Etibar Nəsibov məsələdən xəbərdar olan kimi həmin şəxsin töhmət verilərək işdən çıxarıldığını bildirib.

DİN-in Mətbuat xidmətinin Regional Qrupundan sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı Şəki polis şöbəsində  təhqiqat aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

 

 


SON XƏBƏRLƏR

29 Sentyabr 2025