• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Çəkiləndə deyirlər ki, geyimi də evdən gətir" - Zülfiyyə Qurbanova

MƏDƏNİYYƏT

05 Aprel 2023 | 13:22

"Çəkiləndə deyirlər ki, geyimi də evdən gətir" - Zülfiyyə Qurbanova

"Seriallara çəkiləndə seçib çəkilirəm. Çəkildiyim seriallar yaxşılardan olub. Hər şeyə çəkilməmişəm. Bu, təhsilin verdiyi hissiyatdır. Ssenari gələndə dostlarım deyib ki, xahiş edirik, maliyyə yoxdur, kömək et. Çəkilmişəm, ssenarini görəndə başa düşmüşəm ki, bundan iş olmaz".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aktrisa Zülfiyyə Qurbanova "Space səhər"ə qonaq olarkən deyib. Sənətçi türk seriallarının bəzisini tənqid edib. Z.Qurbanova bildirib ki, Azərbaycanda çəkilişlərdə geyimi belə aktyorun özündən tələb edirlər:

"Serial mövzusu qəribədir. Türkiyədə hər serial yaxşı deyil. "Kiralıq aşk" deyilən serial var idi. Ona baxanda yaradıcılığa nifrət edirdim. Maddiyat qoyulmuşdu, aktyor gündə bir geyim geyinirdi. Aktyora deyilmir ki, evindən paltar gətir. Aktyor işi sıfır, keyfiyyətsiz serial idi. Hərdən deyirəm ki, kaş onlara xərclənən maliyyə bizə edilərdi. İnanın, hərdən deyirlər ki, geyimi evdən gətirin". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026