"Oğlun Qalib gəldi yanıma ki, təzə maşınlardan istəyirəm. Amma atam qıyıb almır".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Kamal müğənni Əlikram Bayramova deyib.
Z.Kamal bildirib ki, Ə.Bayramovun oğlu onun yanına gələrək, maşın istədiyini, amma atasının almadığını deyib: "Özü də qiyməti 400 min manat olan təzələrdən istəyir. Lazım gəlsə, mən də kömək edərəm, evimi sataram (gülür), təki ürəyini qırma bir oğlundur".
Müğənni isə cavabında "Mənim 400 minim var? Mən də çox şey istəyirəm, nə olsun",- deyərək, oğlunun istəyini reallaşdırmayacağına işarə edib.
Xəyalə Rza







jpg-1685779617.webp)







