• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanəsilli aktyor evindən çıxarılır - FOTO

MƏDƏNİYYƏT

03 Iyun 2023 | 14:49

Azərbaycanəsilli aktyor evindən çıxarılır - FOTO

Məşhur aktyor Tamer Kardağlı ilə kirayə qaldığı lüks malikanənin sahibi arasındakı gərginlik bitmək bilmir. 

Bakıvaxtı.az xəbər verir ki, əslən azərbaycanlı aktyor kirayə pulunu qanunsuz artırdığı üçün ev sahibini məhkəməyə vermişdi. Ötən gün tərəflər arasında məhkəmə prosesi baş tutub. 

Məhkəmədə tərəflərin vəkilləri iştirak edib. 

Tamer Karadağlının vəkili müvəkkilinin ev kirayəsini hər ay vaxtlı-vatdında ödədiyini və ev sahibinin də evlə bağlı qiymət artımını normal qarşıladığını iddia edib. 

Buna baxmayaraq məhkəmə aktyorun evdən çıxarılması ilə bağlı qərar verib. Məşhur aktyorun verilən qərara etiraz edəcəyi bildirilib. 

Xatırladaq ki, azərbaycanəsilli aktyor Tamer Karadağlı illərdir kirayə qaldığı ev sahibini məhkəməyə verib. Buna səbəb aktyorun ev sahibinin kirayəhaqqını 10 500 lirədən (təxminən 929 AZN) 55 000 lirəyə (təxminən 4 867 AZN) qədər artırması olub. (baku.ws)


Azərbaycanəsilli aktyor evindən çıxarılır - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026