Türkiyəli məşhur biznesmen Acun Ilıcalının sevgilisi Ayça Çağla Altunkayanın doğum günüdür.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur iş adamı 13 milyon izləyicisi olan sosial şəbəkə hesabında sevgilisinə romantik təbrik yazıb.
"Duyğularımı bu gün qulağına dedim. Heç kəs eşitməsin. Doğum günün mübarək olsun, hər günümüz belə xoşbəxt keçsin", - Acun sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, 4 qız atası Acun sözügedən xanımla 3 ildir sevgilidir. Onun bu addımını izləyiciləri maraqla qarşılayıb.
Xəyalə Rza



















jpg-1690792029.webp)


