Məşhur aktyor Anqus Cloud evində ölü tapılıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadla xəbər verir ki, aktyorun ölüm səbəbi atası olub. Belə ki, Anqusun ötən həftə atası dünyasını dəyişib və aktyor bu xəbərdən sonra çox sarsılıb. Ailənin açıqlamasına əsasən Cloud son günlər psixoloji sarsıntılar keçirirmiş.
Qeyd edək ki, Anqus "Euphoria" serialında "Fez" obrazı ilə məşhurluq əldə edib. Həmçinin əvvəllər "North Hollywood" və "The Line" kimi filmlərdə kiçik rollarda çəkilib.
Xəyalə Rza




















