Bir çox markaların reklam siması olan aktrisa Serenay Sarıkaya qazancı ilə gündəmə gəlib.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, aktrisa yenidən kamera qarşısına keçəcək. Belə ki, televiziyadan sonra rəqəmsal platformada rol alan aktrisa daha bir reklama çəkiləcək.
Verilən məlumata görə, budəfəki reklam gəlirinin 30 milyon tl ( təqribən 2 milyon manat) olacağı iddia edilib.
Qeyd edək ki, 32 yaşlı aktrisa həmişə olduğu kimi bu reklam gəlirini də daşınmaz əmlaka sərmayə qoyacaq.
Xəyalə Rza
















