Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı millət vəkili Qənirə Paşayeva haqqında danışıb.
Bakıvaxtı.az xəbər verir ki, Xoşqədəm Hidayətqızı Qənirə Paşayevanın səhhətində yaranan probelmlə bağlı təəssüf hissi keçirdiyini deyib.
"Mərd, cəsur qadınlarımızdan biri, barmaqla göstəriləcək millət vəkillərindən biri Qənirə xanım xəstəxanaya yerləşdirilib. Allah ona kömək olsun. Hər görüşəndə, o mənə, mən də ona deyirdim özünə, sağlığına diqqət et. Ancaq o da mənim kimi işinin vurğunu idi. İmkan edib, özünə vaxt ayırmırdı, sağlığına diqqət etmirdi. Qənirə xanım da əvvəl jurnalist kimi televiziyada fəaliyyət göstərib sonra dəyişib istiqamətini",-deyə o bildirib.
Xoşqədəm Hidayətqızı əlavə edib ki, Qənirə Paşayeva hər kəsin yanında olan mərd qadındır. Bütün seçiciləri ilə tək-tək görüşüb məsələlərini həll edən millət vəkilidir: "Allahdan ona şəfalar diləyirəm”.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva gözlənilmədən komaya düşüb. O, Mərkəzi Klinikada süni tənəffüs aparatına qoşulub. Vəziyyəti stabil-ağır olaraq qalmaqdadır.
Xəyalə Rza