“Şaft” filminin ulduzu Riçard Roundtree dünyasını dəyişib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, 81 yaşlı aktyor mədəaltı vəzi xərçəngindən vəfat edib.
1942-ci ildə Nyu-Yorkun Nyu-Roşel şəhərində anadan olan Roundtree məktəbin ulduz futbolçusu olub. İdman qabiliyyətləri sayəsində Cənubi İllinoys Universitetində futbol təqaüdü qazanıb. Aktyorluq karyerasını davam etdirən Roundtree 1963-cü ildə məktəbi tərk edib.
1971-ci ildə "Şaft" filmində debüt etməzdən əvvəl əsasən teatr səhnəsində olub. “Şaft”ın uğurundan sonra daha iki serialda çəkilib.
Onu böyük ekranda sonuncu işi Ceyn Fonda və Lili Tomlinlə birlikdə 2022-ci ildə “Moving On” komediya filmi olub.
Qeyd edək ki, 1993-cü ildə döş xərçəngi diaqnozu qoyulan Roundtree kişilərin sağlamlığı haqqında məlumatlılığı artırmaq üçün mübarizə aparıb.
Nərgiz Məmmədli


















