Müğənni Əlikram Bayramov ilk dəfə gəlini haqqında danışıb.
Bakıvaxtı.az xəbər verir ki, verilişlərin birində qonaq olan sənətçi ona oğlu və gəlini ilə bağlı verilən suala belə cavab verib: "Evdə oluram ki, biləm nə olur? Həftələrlə görə bilmirəm".
Müğənnidən oğlu və gəlini arasında baş verən anlaşılmazlıqlarda kimin tərəfini tutduğu soruşulduqda isə, ifaçı onların ailə məsələlərinə qarışmadığını bildirib: "Ailəyə qarışmaq olmaz. Ailə kiçik bir dövlətdir. Ona görə də, ailənin işi onlara məxsusudur. Onların işlərinə qarışsam, ailələrinə müdaxilə etmiş olaram".
Ziyafət Əlisoy
















