• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Həyat elə gətirib ki, 15 yaşımdan..." - Rahidə Baxışova

MƏDƏNİYYƏT

22 Dekabr 2023 | 09:49

"Həyat elə gətirib ki, 15 yaşımdan..." - Rahidə Baxışova

"Ailədə 4 uşaq - 2 bacı, 2 qardaş olmuşuq. Qardaşlarım gənc yaşlarında vəfat ediblər. Yalnız mənəm və bacım”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Rahidə Baxışova müsahibələrinin birində deyib.

Evin böyük övladı olduğunu deyən sənətçi 15 yaşından işləməyə başladığını bildirib: “Evin böyük övladı mən olmuşam. Bütün yük mənim üzərimə düşüb. Həyat elə gətirib ki, 15 yaşımdan pul qazanmağa başlamışam".

“Ata heç zaman övladlarını atmamalıdır. Çox ailələr görmüşük, içi mən qarışıq, ayrılmışıq. Ayrılıq, boşanmalar hər bir insanın həyatında ola bilər. Amma ananın ata ilə boşanmasına övladın heç bir əlaqəsi olmalı deyil. Övladlarınıza sahib çıxın və sevgi verin. Qız uşaqları ata sevgisi görməsə, bu, gələcəkdə onun üçün çox böyük travmadır. O, gələcək həyatında seçim etməkdə çox əziyyət çəkəcək. Hər kəsə inanacaq. Necə ki, mən yanlış seçim etdim”, - deyə sənətçi əlavə edib.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026