• Bakı 6° C

    10.26 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Damla OD PÜSKÜRDÜ: “Problem o insanın özündədir”

MƏDƏNİYYƏT

19 Yanvar 2024 | 11:01

Damla OD PÜSKÜRDÜ: “Problem o insanın özündədir”

“Mübahisəni edən tərəf özünü haqlı çıxarmaq üçün sona qədər getmək istəyir”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Damla “Xəbərin var?” verilişinə açıqlamasında deyib.

Müğənni onu  tənqid edən həmkarlarından da söz salıb: “İstənilən bir adam davanı başladırsa, məqsədi var, özünü haqlı sayır. Haqlı olduğunu sübut edənə qədər, aylarla, həftələrlə, günlərlə, sonuna qədər səninlə döyüşəcək. Çünki o, bu mövzunu beyninə yerləşdirib, özü-özündə qəbullanıb”.

“Ürəyi götürmür, qəlbi götürmür… İçindəki vulkan onu rahat buraxmır. O, səni gözləyir, püskürməyə hazırlaşır.  Gözləyir ki, sən cavab verəsən, o vulkanı sənin üzərinə püskürsün. O zaman düşünürəm ki, burada artıq problem var, problem o insanın özündədir. Özün alışıb yanırsan, özün də sönürsən…” , - deyə ifaçı əlavə edib.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026