“Biz heç bir müğənnidən tələb edə bilmərik ki, Üzeyir Hacıbəylinin mahnısını oxu”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “MTV Xəbər”ə müsahibəsində deyib.
Sənətçi gənc ifaçıları tənqid edib: “Zövqlərinə, səslərinin tembrinə görə seçim edirlər. Üç dənə mahnı oxuyursansa, heç olmasa biri xalq mahnısı olmalıdır. O sənin “pasport”un olmalıdır. İndi mahnı bu gün oxunur, sabah yaddan çıxır”.
Ziyafət Əlisoy
















