“Mənim adımı anam qoyub. Düzdür, zamanında Şəbnəm Tapdıq məni də məhkəməyə vermişdi, böyük problemlər yaşamışdım. Amma indi mənimlə işi yoxdur”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Qəhrəmanova “Elcanlı” verilişinə açıqlamasında deyib.
İfaçı bir neçə gün öncə Əməkdar artist Şəbnəm Tapdıqla görüşüb, bu mövzuda danışdıqlarını bildirib: “İki həftə öncə görüşüb, bu məsələ ilə bağlı danışdıq. Mənə dedi ki, səninlə işim yoxdur. Deyəsən, məni ikinci plana saxlayıb. Əvvəllər Şəbnəm Tovuzlu ilə işi yox idi, məni məhkəməyə verirdi. İndi də Şəbnəmi məhkəməyə verib, mənimlə işi yoxdur”.
Ziyafət Əlisoy
















