Əməkdar artist Aygün Bəylər sosial media hesabında yeni görüntülərini yayımlayıb.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi dekabrın 26-da baş tutacaq konsertinin anonsunu çəkmək üçün kameralar qarşısına keçib.
Əməkdar artist paylaşımına "İllər sonra sizlərlə görüşə gəlirəm, dəyərli sevənlərim, gözəl musiqi həvəskarları" başlığını yazıb.
Muğam ifaçısının görünüşündəki dəyişiklik də diqqətdən yayınmayıb. İzləyicilər onun çəki aldığını bildiriblər.
Qeyd edək ki, Aygün Bəylər bir müddət əvvəl xərçəngdən əziyyət çəkdiyini açıqlamışdı. O, uzun müddətdir müalicə aldığı üçün səhnədə uzaq qalıb.
Ziyafət Əlisoy
















