• Bakı 19° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Şəbnəm Tapdıq Toliki HƏDƏLƏDİ: "Məni söydürürsünüz" 

MƏDƏNİYYƏT

23 Dekabr 2023 | 13:01 | Müəllif: Subhan Mahmudov

Şəbnəm Tapdıq Toliki HƏDƏLƏDİ: "Məni söydürürsünüz"

Əməkdar artist Şəbnəm Tapdığın digər Şəbnəmlərlə olan ad qalmaqalı davam edir.

Bakıvaxtı.az xəbər verir ki,  “Tarixin bir günü” verilişinin aparıcısı Tarix Əliyev (Tolik)  müğənni Şəbnəm Tapdığın bu ada heç bir müəlliflik hüququnun olmadığı barədə fikir səsləndirib. Bu isə Əməkdar artistin xoşuna gəlməyib. Bir neçə dəqiqə sonra o, canlı efirə telefonla bağlanaraq Toliki və digər media nümayəndələrini hədəfə alıb:

“Mən Şəbnəm" adını təxəllüs "kimi patentləşdirmişəm. Bunun kiməsə dəxli var? Özüm üçün öz adımın önünə “ilk” sözünü qoydum ki, digər Şəbnəmlərlə qarışmayım. Siz də bunu əlinizdə bayraq edib, danışırsınız. İnsanları mənim əleyhimə qoymayın. Sosial şəbəkələrdə onları üstümə qaldırıb, məni söydürürsünüzsə, qanunun 148-ci maddəsi var. Mən işimi bilirəm, kim sataşır, haqqımda yalanlar uydurursa, iddiamı qaldırmalıyam”. 

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR