“60 yaşım var. 40 ildir ki, meydandayam”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev müsahibələrinin birində deyib.
O, “Əməkdar artist” fəxri adına layiq olduğunu bildirib: “Titul kimi, əziyyətimin bəhrəsi kimi istəyərəm o adı alım. Düzdür, bu, mənim nə şəxsiyyətimi dəyişəcək, nə də sənətimi. Amma insan uman yerdən küsər də… Mən titulumu istəyirəm”.
Ziyafət Əlisoy
















