• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Televiziyalar “mənə maçı ver” oxuyanları təbliğ edir” - Tahir İmanov

MƏDƏNİYYƏT

24 Noyabr 2023 | 09:31

“Televiziyalar “mənə maçı ver” oxuyanları təbliğ edir” - Tahir İmanov

"Xalq artistlərinin əksəriyyəti fonoqram oxuyur”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov verilişlərin birində deyib.

“Anam 35 il musiqi dərsi verib. Anamla mən şokdayıq... Görün, toylarda o zamanlar kimlər oxuyurdular... Hamısı şəxsiyyətdir. Akif İslamzadə toylarda nömrə bir idi. Rəhmətlik Hüseynağa Hadıyev...” deyən Tahir İmanov televiziyalarda ara müğənnilərinin təbliğ olunduğunu bildirib.

Onun sözlərinə görə, əvvəllər televiziyada təbliğ olunan müğənnilər toylarda çıxış edirdilər: “İndi baxın, görün ki, televiziya hansı müğənnilərin təbliğini aparır... "Mənə maçı ver...." Axı, bu nə mahnıdır? Bu nə sözlərdir? Mənə izah edin, zəhmət olmasa..."

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026