Türkiyənin tanınmış aktrisası Esra Bilgiç "Disney Plus"ın yayımını dayandırdığı "Atatürk" filminin qala gecəsinə qatılıb.
Bakıvaxtı.azxəbər verir ki, qala gecəsində Esra Bilgiçin başına iş gəlib. Belə ki, aktrisanın paltarı yırtılıb.
E.Bilgiç uzun, sadə və qara libası ilə qırmızı xalı üzərinə gedərkən arxadan geyiminə basılıb. Yırtılmış paltarını görən aktrisa heç bir reaksiya vermədən yoluna davam edib.
Qeyd edək ki, Esra Bilgiçlə birlikdə, Aras Bulut İynemli, Songül Öden, Mehmet Günsür və Sarp Akkaya "Atatürk"ün baş rol ifaçılarıdır.
Xəyalə Rza



















