“Ayıbdır ee, vallah. Haram yeyən də deyir, “halaldı”. Camaatın halal arvadı qalır qıraqda, sonradan peyda olanlar qırğın edirlər”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova prodüser Tolikin (Tarix Əliyev) paylaşımına yazdığı şərhdə qeyd edib.
Toliki açıq sözlü olaraq, tənqidlərində ad çəkməyə çağıran müğınni sətiraltı həmkarlarına da söz atıb: “Bir sözlə, bu biabırçılıq, bu kişi davası nə zaman bitəcək? Bir də, düz adam odur ki, kimdən danışırsa, adını desin ki, söz-söhbəti hərə öz üzərinə götürməsin. Ad çəkmək də hər adamın başı üçün deyil, axı”.
Ziyafət Əlisoy
















