“Estetik əməliyyatlara normal baxıram. Bu tip əməliyyatlar xanımlarımız üçün yaxşıdır. Bəlkə də ola bilər ki, müəyyən səbəblərə görə bəylər də əməliyyat olunublar”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə “Elcanlı” verilişinə açıqlaması zamanı deyib.
İfaçı bədənində heç bir estetik əməliyyatın olmadığını etiraf edib: “Mən şou-biznesdə yeganə müğənniyəm ki, plastik əməliyyat etdirməmişəm. Özüm haqda yazılan şərhlərdə oxuyuram ki, “Bəsdir də əməliyyat etdirdin”. Onlara efir vasitəsi ilə demək istəyirəm ki, nə üzümdə, nə bədənimdə heç bir əməliyyat yoxdur. Bütün orqanlarım yerindədir”.
Ziyafət Əlisoy
















