"Göz, nəfs həyatımı puç elədi, darmadağın elədi. Mən həmişə deyirəm ki, mənim görünüşüm hamını aldadır".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova verilişlərin birində səsləndirib.
Onun sözlərinə görə, həyatda heç nə gözlədiyi kimi olmayıb: "Ömrüm hara qədərdirsə, dözürəm. Allah eləsin tez gedim. Həyatdan tez getmək bilirsiniz necə gözəldir? Mən bu həyatdan doydum. Məni doydurdular. İncəsənətə təzə-təzə gələndə sevindim. Amma adı incəsənətir. Bütün incəlik getdi məndən. Adam var, malı-mülkü başından aşır, adam var orta yaşayır, adam da var ki, zəngin olub kasıb görünür. Biri də var ki, orta yaşayıb, zəngin addım atasan. Bu zaman həmin adamı nəfs aparır".
Qarşılıqlı sevgidən yarımadığını deyən 53 yaşlı müğənni indən sonra da yarımayacağını qeyd edib: "Mənim sevgim ancaq atalara, analara, körpələrədir. Orta yaşlılar məni yaxşı başa düşər".
Xəyalə Rza