Türkiyənini məşhur aktrisası Filiz Akın əməliyyat olunub.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səs tellərində yaranan problemə görə boğazından bir parça çıxarılan Filiz Akın daha sonra qulağındakı şiş səbəbindən ötən gecə xəstəxanaya yerləşdirilib.
Məşhur aktyor xəstəxanadakı otağından paylaşım edərək səhhəti ilə bağlı məlumat verib.
"Noyabrın 10-da şiddətli öskürək, qızdırma və Covid-ə bənzər şikayətlərlə həmin gecə xəstəxanada qalmalı oldum. Ertəsi gün evə çıxdım. Müalicəni evdə ciddi şəkildə davam etdirmək şərti var. İnşallah, bu gün yoxlamalarda “Sağalma yolundasınız” deyəcəklər", - Filiz Akın paylaşımında yazıb.
Nərgiz Məmmədli
















