Əməkdar artist Xumar Qədimova şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət çəkib.
Bakıvaxtı.az-ın məlumatına görə, Xumar Qədimova qarşı cinsin nümayəndəsi ilə münasibətdə sevginin önəmli olduğunu deyib: "Sevgi şərtdir. Qarşı cins məni dəli kimi sevməlidir. Bəlkə də mən özümü sevdiyim üçün məni sevirlər. Fərqim budur. Qarşı tərəflə münasibətdə diqqət önəmlidir. Sevən şəxs diqqət edər”.
Qədimova diqqəti çox sevdiyini deyərək, bildirib ki, həm maddi, həm də mənəvi - hər mənada diqqət önəmlidir.
“Narahat olmalıdır. Amma insan kimi deyiriksə, vicdanlı olmalıdır. Vicdanlı insan yalan danışmayacaq, aldatmayacaq",-deyə Xumar Qədimova qeyd edib.
Xəyalə Rza
















