“Məni gözəl saxlayan insanlara qarşı içimdəki sevgidir”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva “MTV xəbər”ə müsahibəsində deyib.
“Mən insanları bağışlamağı bacarıram. Çünki qəlbim o deyil. Sözüm olanda onu ictimailəşdirmirəm. İctimailəşdirməyi sevmirəm. Kimləsə nəsə problemim varsa, onu gizli həll edirəm”, - deyə Əməkdar artist bildirib.
Sənətçi problemlərini ictimailəşdirən həmkarlarından da söz salıb: “Hərənin öz problemi var. Bunu ictimailəşdirəndə nə olur? Mən kiminləsə dava etdim. Kimin nəyinə lazımdır?”
Ziyafət Əlisoy
















