• Bakı 20° C

    1.66 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Tanınmış aktyor təcavüzdə ittiham olunur

MƏDƏNİYYƏT

23 Noyabr 2023 | 10:41 | Müəllif: Subhan Mahmudov

Tanınmış aktyor təcavüzdə ittiham olunur

Hollivud aktyoru Ceymi Foks məhkəməyə verilib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb. 

Buna səbəb aktyorun 2015-ci ildə bir xanıma təcavüz etməsi olub. İllər sonra qadın Foksu təcavüz ittihamı ilə məhkəməyə verib. 

İddia ərizəsində bildirilir ki, aktyor qadına “fiziki və mənəvi xəsarət, narahatlıq, əzab və utanc" verib. Bununla əlaqədar olaraq, zərərçəkmiş  Foksdan təzminat tələb edir.

Ceymi Foks “Şüa”, “Girov”, “Qanuna tabe olan vətəndaş”, “Zəncirsiz Djanqo” və bir sıra digər filmləri ilə tanınır. 2005-ci ildə "Rey Çarlz" roluna görə Oskar mükafatı qazanıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026