Dünya ulduzu Madonnanın başına iş gəlib.
Bakıvaxtı.az-ın xarici KİV-ə istinadla məlumatına görə, Madonna son konsertində İsrail və HƏMAS arasında davam edən və günü-gündən şiddətlənən münaqişədən söz açıb.
"İsrail ilə Fələstin arasında baş verənlər, açıq deyim ki, ürək bulandırır və heç kim nə baş verdiyini görmək istəmir. Mən uşaqların motosikletdən atıldığını, qaçırıldığını, körpələrin başlarının kəsildiyini, sülh məclislərində uşaqların güllələndiyini və öldürüldüyünü görürəm. Dünyada nə baş verir?"-deyə bildirib.
Bundan sonra sənətçiyə sosial şəbəkə hesablarında təhdidlər yazılıb və mühafizaçilərin sayı artırılıb.
Qeyd edək ki, səhhətində problem yaşayan 65 yaşlı Madonna yaxın keçmişdə xəstəxanadan evə buraxılıb.
Xəyalə Rza















