Dünya ulduzu Şakira vergidən yayındığına görə, İspaniya məhkəməsi tərəfindən mühakimə olunacaq.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir. Məlumata görə, Şakira 183 gündən çox İspaniyada yaşadığı üçün bu ölkənin qanunlarına əsasən vergi ödəyicisi olub.
Şakira İspaniyada yaşadığı dövrlə əlaqədar 2012-2014-cü illər arasında 6 müxtəlif cinayətlə Maliyyə Nazirliyindən 14,5 milyon avro vergidən yayınmaqda ittiham edilib.
Həmçinin, İspaniyada vergi ödəməmək üçün Şakira öz gəlirlərini İspaniya Vergilər İdarəsindən gizlədib və onları Britaniyanın Virgin adaları, Kayman adaları, Malta, Panama və Lüksemburqda yerləşən şirkətlər şəbəkəsinə keçirib.
Verilən məlumatlara əsasən, müğənnninin məhkəməsi noyabrın 20-də Barselona Əyalət Məhkəməsində başlayacaq. 12 dəfə məhkəmə qarşısına çıxmalı olan sənətçinin sonuncu məhkəməsi dekabrın 14-də yekunlaşacaq.
Qeyd edək ki, məhkəmə zalında 200-ə yaxın şahid iştirak edəcək.
Xəyalə Rza







jpg-1698304662.webp)








