• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

6 illik sevgi 6 ay əvvəl bitibmiş -FOTOLAR

MƏDƏNİYYƏT

26 Oktyabr 2023 | 17:12 | Müəllif: Qalib İbrahimoğlu

6 illik sevgi 6 ay əvvəl bitibmiş -FOTOLAR

3 il əvvəl nişanlanan məşhur aktrisa Fatma Toptaş ilə aşpaz Gürkan Topçunun toy xəbəri gözlənildiyi halda, cütlüyün 6 ay əvvəl yollarını ayırdığı məlum olub.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Ayrılıqdan 6 ay keçəndən sonra tərəflər  açıqlamaları ilə diqqət çəkiblər.

"Düzdür, ayrıldıq. Ayrılmanın səbəbləri özümüzə qalsın", - deyə Toptaş ayrıldıqlarını təsdiqləyib.

Məşhur aşpaz da məsələ ilə bağlı susqunluğunu pozub. Gürkan Topçu ehtiyatlı danışmağa üstünlük verib: “Fatma xanım düz deyirdi, qalsın. Təbii ki, bu xəbərin 6 aydan sonra çıxması çox maraqlıdır, amma 6 ay keçib. Bu, baş verməsə, heç nə olmaz. Həyat davam edir, əlbəttə”.

Onun sözlərinə görə, heç bir barışıq olmayacaq: “Bu, dəqiqdir. Heç bir problem yoxdur, sadəcə olaraq fikir ayrılığımız var”.

Qeyd edək ki, daha əvvəl iki dəfə toy tarixini təxirə salan Toptaş və Topçu sonuncu dəfə pandemiya səbəbindən toyu yenidən təxirə saldıqlarını bildiriblər.

Nərgiz Məmmədli


6 illik sevgi 6 ay əvvəl bitibmiş -FOTOLAR6 illik sevgi 6 ay əvvəl bitibmiş -FOTOLAR6 illik sevgi 6 ay əvvəl bitibmiş -FOTOLAR6 illik sevgi 6 ay əvvəl bitibmiş -FOTOLAR6 illik sevgi 6 ay əvvəl bitibmiş -FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026