• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Yaxşısı siz də bir iş görün" - Abbas kimə SÖZ ATDI?

MƏDƏNİYYƏT

25 Noyabr 2023 | 14:07

"Yaxşısı siz də bir iş görün" - Abbas kimə SÖZ ATDI?

"Heç bir uğur asanlıqla başa gəlmir. Bir uğuru qazanmaq üçün əziyyətin də layiqli olmalıdır ki, onun bəhrəsi də layiqli olsun. Kənardan işimiz çox əyləncəli görsənə bilər, amma bu, heç də elə deyil".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist  Abbas Bağırov sosial media hesabındakı paylaşımda yazıb. 

Sənətçi fikirlərini belə davam etdirib:

"Hər işin özünəməxsus ağırlığı var, baxır kim onu necə daşıyır. Ona görə də qınamayın heç kimi, ən yaxşısı siz də bir iş görün və heç kimə bunu sübut etməyin, özünüzə göstərin ki, necə güclü iradəniz var. Ən əsası, səbr edin, ətrafınıza çox fikir verməyin ki, özgənin yalniş fikri sağlam fikirlərinizə çaşqınlıq yaratmasın! Uğur hamı üçün var, sadəcə, ona doğru gedin, gedin və dayanmayın".

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026