• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Kişisən sən?" - Əməkdar artist hansı həmkarını BİABIR ETDİ?

MƏDƏNİYYƏT

25 Dekabr 2023 | 12:21

"Kişisən sən?" - Əməkdar artist hansı həmkarını BİABIR ETDİ?

“Zəmanəyə yeni insanlar daxil olub deyə, zəmanə dəyişib. Zəmanəni onlar dəyişiblər”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov müsahibəsində deyib.

Sənətçi müasir geyimləri və gəncləri sərt şəkildə tənqid edib: “Bizim zəmanəmizdə dizə qədər “razrez” yox idi. Bizim zəmanəmizdə ayaqyalın ayaqqabı geyinilmirdi. Mənə sənin oynağının ətinin rəngi lazım deyil. Ayaqqabını corabsız geyinmək nədir? Elə olsa idi, daha niyə corab istehsal edirdilər? Bir dənə cırıq cins geyinəsən, başını da qırxdırıb, “toppuz” qoyasan, saqqal uzadasan, ayaqyalın ayaqqabı geyinəsən, sonra da oturub “şur” dəstgahı oxuyasan. Belə şey olur? Qəbul edərsiniz bunu?”

Əməkdar artist efirlərdə boşanma mövzularının müzakirə predmetinə çevrilməsinin qəbuledilməz olduğunu da bildirib:“Çıxırlar efirlərə, deyirlər “mən yoldaşı qısqanıram, o telefonla danışır…” Kişisən ee sən, bu nə sözdür? De ki, xasiyyətimiz tutmadı, ayrıldıq”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026