• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Boney M" qrupunun yaradıcısı vəfat etdi

MƏDƏNİYYƏT

23 Yanvar 2024 | 19:26 | Müəllif: Subhan Mahmudov

"Boney M" qrupunun yaradıcısı vəfat etdi

Musiqiçi, bəstəkar, “Boney M” qrupunun qurucusu Frank Farian (əsl adı Frans Royter) 83 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Məlumata görə, F.Farian Mayamidəki evində dünyasını dəyişib.

Qeyd edək ki, bəstəkar 1961-ci ildə “Frankie Farian und die Schatten” qrupunu yaradıb və onunla yerli restoranlarda, eləcə də rəqs klublarında çıxış edib. Şöhrəti isə 1964-cü ildə qrup Hamburqda beynəlxalq rok festivalında iştirak edərkən qazanıb. O, 1968-ci ildə solo karyerasına başlayıb. Lakin 1970-ci illərin ortalarından etibarən musiqiçi pop musiqiyə diqqət yetirməyə başlayıb.

Xatırladaq ki, o, “Rasputin” və “Daddy Cool” kimi “Boney M” qrupunun hitlərinin müəllifidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR