• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Vəfanın cavabı gecikmədi: “Travmaları var”

MƏDƏNİYYƏT-ŞOU

22 Fevral 2024 | 13:43

Vəfanın cavabı gecikmədi: “Travmaları var”

“O xanımı mən ilk dəfə geyim mağazamda görmüşəm. Geyim üçün… Yenə geyim söhbətinə qayıtdıq. O xanımın geyimlə bağlı travmaları var, deyəsən”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova həmkarı Ülviyyə Namazova haqqında danışarkən deyib.

“Rəngarəng səhər” verilişinin qonağı olan Vəfa Şərifova həmkarının bostanını daş-qalaq edib:

“O, mənə geyimlə bağlı yazmışdı. Yazışmalar da qalır. O, məni bloka atmasaydı, hətta yazışmaları da çıxarıb, göstərərdim. İlk dəfə mənə onda yazmışdı ki, “sizin mağazanızdan gəlib, geyim götürə bilərəm?”Gəldi mağazamızdan mən ona geyimlər verdim. Efirə çıxmaq istəyirdi, icazə vemirdilər, mən bir-iki nəfərdən xahiş etdim, efirə çıxardılar. Mən tək ona yox, təzə başlayanların bir neçəsinə bunu etmişəm”.

Müğənni "sponsor" söhbətlərinə də aydınlıq gətirib:

“Məqsədi nədir, bilmirəm. Çıxıb bu mövzuları efirdə niyə danışır ki? Mağazam bağlanandan sonra başım sənətimə qarışdı, heç kimə vaxt ayıra bilmədim. Bu sənətdə hamıya kimsə dəstək olub. Mənə bir nəfər dəstək durub deyə, mən çxıxıb efirdə adını rahatlıqla deyə bilirəm. Bunlarda isə fərqlidir. Biri mahnısını alır, biri studiyasını həll edir, digəri efirə çıxmağa yardım edir… Ona görə də belə danışırlar”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Iyul 2024