“İndi adam tanıyıram ki, səhər verilişi aparır. 10 min manat maaş alır, hələ sponsorlardan faizlər də qazanır. Reytinqlərdə də birinci yerdədir".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında paylaşdığı videoda deyib.
Televiziyalardan gileylənən Qafarzadə "qıjı" müğənnilərdən də söz salıb:
"Verilişinə də ən çox “qıjı”lar gəlir. Əcəb edir, camaat pul qazanmalıdır. Deməli, siz ona baxırsınız. Heç görmədim ki, "Mədəniyyət" kanalında, ya da digər kanallarda normal verilişə milyonlarla baxış gəlsin, reytinqə düşsün. Günahkar özümüzük, heç kimi günahkar etməyək. İçimizdə qıjılıq, zövzqsüzlük var”.
Ziyafət Əlisoy
















