• Bakı 17° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Qalmaqal böyüdü: “Vəfa kimilərin...”

MƏDƏNİYYƏT-ŞOU

18 Aprel 2024 | 11:45

Qalmaqal böyüdü: “Vəfa kimilərin...”

“Vəfa efirdə elə sözlər işlədir ki, o sözlər lazım deyil, ona görə də incimişəm”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Qəhrəmanova deyib.

Müğənni Vəfa Şərifova ilə aralarındakı küsülülükdən danışıb:

“Mən düşünürdüm ki, biz öz aramızda bunu düzəldə bilərik. Amma yenə də çıxdı efirdə dedi ki, “mənim adımı çəkirlər”. Vallah, mənim onlara ehtiyacım yoxdur. Sağ olsun dostlarım. Onların sayəsində bu yerlərə gəlmişəm. Vəfa kimilərinin qalmaqalları ilə gəlməmişəm”.

“Mən işimlə məşğul olmuşam. Bir zamana kimi gözləmişəm, artıq görəndə ki, o insan həddini aşır, cavab vermişəm. Onlar da düşünüblər ki, mən qalmaqal etmişəm”, - deyə Şəbnəm əlavə edib.

Qeyd edək ki, Vəfa Şərifova və Şəbnəm Qəhrəmanova arasında uzun müddətdir soyuq küləklər əsir. Onlar zaman-zaman bir-birilərinin ünvanlarına xoşagəlməz sözlər işlədirlər.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR