• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Tom Kruz rusiyalı deputatın qızından ayrıldı - FOTO

MƏDƏNİYYƏT

22 Fevral 2024 | 14:35

Tom Kruz rusiyalı deputatın qızından ayrıldı - FOTO

Hollivud ulduzu Tom Kruz Rusiya Dövlət Dumasının altıncı və yeddinci çağırışlarda deputat olan Rinat Xayrovun qızı Elsinadan ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə aktyora yaxın mənbələr xəbər veriblər.

Bildirilir ki, Kruz keçmiş sevgilisi ilə dost qalmaq istəyir. Onlar hazırda Londonda eyni binada yaşayırlar.

Mənbələr iddia edirlər ki, Kruz və Xayrova arasındakı münasibətlər sadəcə özünü tükədib.

Qeyd edək ki, Tom Kruz və Elsina Xayrovanın münasibəti barədə ilk dəfə ötən ilin dekabrında KİV-də məlumat yayılıb. Lakin Dövlət Dumasının keçmiş deputatı Rinat Xayrov bu xəbərləri tamamilə cəfəngiyyat adlandırıb. Bununla belə cari ilin fevral ayında Tom və Elsinanın dostlar arasında romantik münasibətlərini gizlətmədikləri barədə mediada xəbər yayılıb.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024