“Ard-arda gələn zərbələr bir çox şeyləri dəyişdi”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva “7 tamam” verilişində deyib.
Bir il ərzində iki doğmasını itirən Əməkdar artist sevənlərini ondan nigaran qalmamağa səsləyib:
“İnsanın başına gələn acı bir hadisə oturub üzülməyiniz üçün deyil. Ayağa qalxıb, güclənməmiz üçündür. Dərd bizi əyməməlidir. Biz gedənlərin ruhunu şad edə bilərik. Bunun üçün biz güclü olmalıyıq. Məndən nigaran qalmasınlar. Mən məndən nigaran qalanları arxayın etmək üçün əlimdən gələn, gəlməyən hər şeyi edirəm”.
Ziyafət Əlisoy
















