• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Beyons daha bir rekorda imza atdı

MƏDƏNİYYƏT-ŞOU

22 Fevral 2024 | 21:32

Beyons daha bir rekorda imza atdı

Amerikalı müğənni Beyons daha bir rekord qırıb: O, "Billboard" kantri-çartında birinci olan ilk qaradərili sənətçidir.

Bakıvaxtı.az bildirir ki, belə ki, fevralın 11-də yayımlanan "Texas Hold 'Em" çartda birinci olub, başqa bir mahnısı "16 Carriages" isə doqquzuncu yerdə olub.

"Billboard Hot 100"də mahnılar müvafiq olaraq 2-ci və 38-ci yerləri tutur.

Qeyd edək ki, Beyons karyerası ərzində səkkiz dəfə "Billboard top 100"də birinci olub.

Bundan əlavə, Beyons həm kantri mahnılarında, həm də "R&B/Hip-Hop" mahnıları arasında birinci olan ilk qadın müğənnidir.

Bir il əvvəl Beyons "Grammy"də ən çox mükafat alan sənətçi olub.


SON XƏBƏRLƏR

26 Iyul 2024