• Bakı 24° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Canlı efirdə DAVA - Ekspertlər qırğına çıxdılar

MƏDƏNİYYƏT

24 Yanvar 2024 | 10:10

Canlı efirdə DAVA - Ekspertlər qırğına çıxdılar

“Bizimləsən” verilişinin canlı efirində xoşagəlməz anlar olub.

Bakıvaxtı.az xəbər verir ki, proqramın gedişində ekspertlər arasında gərginlik yaşanıb.

Belə ki, əvvəlcə ekspert kürsüsündə əyləşən bloger Nigar Fərhad danışarkən digər ekspert Sonaxanım Əliyeva onun fikirlərinə irad bildirib. Bundan qıcıqlanan N.Fərhadsa ayağa qalxaraq, S.Əliyevanın danışmamasını, danışacağı təqdirdə proqramı tərk edəcəyini bildirib.

Verilişin aparıcısı Zaur Baxşəliyev tərəfləri sakitləşdirməyə çalışsa da, onun bu istəyi reallaşmayıb.

Nigar özündən çıxaraq Sonaxanımın ünvanına xoşagəlməz sözlər işlədib:

“Siz kimsiniz axı? Mən sizi tanımıram. Mənim fikirlərim sizə görə səhv ola bilər. Amma mən işlərimi qoyub, bu efirə gəlmişəm. Buna görə də mən danışmalıyam. Siz də dinləməlisiniz”.

Onun bu sözləri isə verilişin digər qonaqlarını da özündən çıxarıb. Onlar Nigardan efiri tərk etməyi istəyiblər.

İzləyicilərin bu istəkləri Sonaxanımı da stimul verib. O, Nigarı boş danışmaqda ittiham edib: “Mənim qarşımda əlini yellətmə. Sənin nə yaşın, nə də təcrübən buna əsas vermir. Başa düşdün?”

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026