• Bakı 11° C

    4.13 m/s

  • USD - 1.7

    EUR - 1.8342

    RUB - 0.0175

"Söyülən, təhqir olunan yenə müğənnilər oldu"- Nura Suri

MƏDƏNİYYƏT

26 Sentyabr 2023 | 11:24

Söyülən, təhqir olunan yenə müğənnilər oldu- Nura Suri

"Biz niyə sevinməyi bacarmırıq?! Niyə hər şeyə mız qoymağı yaxşı bacarırıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu müğənni Nura Suri həmkarı Səidə Sultanın toyunda yaşananalardan söz açarkən deyib.

Onun sözlərinə görə, Səidə Sultan həmişə "palatka" toyu arzu edib: “Həmişə deyirdi ki, toyum olsa, keçmişdəki kimi olacaq. Ailə qurduğu insan da Bakı kəndindəndir".

N.Suri əlavə edib ki, əvvəllər onsuz da hamı qız toyu, oğlan toyu edirdi. Sonra bu adət-ənənə deformasiyaya uğrayıb dəyişdi: "Uzun sözün qısası, toya gələnlərin bəziləri ancaq qeybət üçün mövzu axtarırdı, bəziləri əylənirdi, bəziləri sevinirdi, bəziləri də saxta və qeyri-səmimi idi (bütün məclislərdə olduğu kimi). Həmin gün xəbər gəldi ki, müharibə (Dağlıq Qarabağda antiterror əməliyyatları) başlayıb. Bəziləri də qınanmaqdan qorxub gəlməmişdi. Səidənin toyu günü başlayan müharibə səhəri bitdi. Söyülən, təhqir olunan yenə müğənnilər oldu. Üzdəniraq qonşuları söymək istəyənlər yenə şou əhlini söydü. Həmin gün ölkəmizin bütün şadlıq saraylarında toy-büsat var idi. Məhərrəmlik çıxıb camaat aylar əvvəl restoranlarda tarix götürüb, pul ödəyib və sair. Dünyada hər an bir evdə şənlik, o biri evdə yas olur. Həyatın qanunudur. Hər an kimsə ölür və doğulur".

Müğənni sonda qeyd edib ki, dünyada baş verən bütün fəlakətlərdə yalnız Azərbaycanın məşhurları günahkar olur: "Atom bombası da partlasa, zəlzələ də olsa, günahkar yalnız yerli şou əhlidir".

Xəyalə Rza


SON XƏBƏRLƏR