İş adamı, televiziya aparıcısı Acun Ilıcalı iddialı etirafı ilə gündəmə gəlib.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, Acun keçmiş həyat yoldaşı Şeyma Subaşının boşanmasına dəstək olub.
Belə ki, Acundan ayrıldıqdan sonra misirli milyonerlə ailə həyatı quran Şeyma ötən həftə boşanma qərarı verib.
Buna səbəb isə həyat yoldaşı Məhəmməd Alsalosinin Şeymanın üzünə tüpürüb, nalayiq ifadələr deməsi olub.
Keçmiş həyat yoldaşı Acunun isə ona maddi və mənəvi yardım edəcəyini dediyinə dair xəbərlər yayılıb.
Qeyd edək ki, Acun və Şeyma 2017-ci ildə nikah masasına əyləşib və bu evlilikdən Melisa adlı bir qızları var. Cütlüyün evliliyi 14 ay davam edib.
Xəyalə Rza