Məşhur aktyor Onur Seyit Yaran atdığı addımla gündəmə gəlib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktyor iş yoldaşlarına pul paylayıb. Belə ki, "Kardeşlerim" serialı ilə vidalaşan Onur son qazancını, 3 mövsüm birlikdə çalışdığı dostlarına vermək qərarına gəlib.
Onun bu addımı fanatları tərəfindən maraqla qarşılanıb.
Verilən məlumata görə, serialdan ayrılmağı ilə bağlı xəbərlərdən sonra, iş təkliflərinin də ardı-arası kəsilməyib.
Qeyd edək ki, Onur Seyit Yaran sentyabrda 4-cü mövsümlə ekranlara qayıdan "Kardeşlerim" serialının baş rol ifaçısı idi.
Xəyalə Rza















