Təxminən 5 ay əvvəl misirli Məhəmməd Alsaloussi ilə evlənən Şeyma Subaşı bu gün Beykoz Ədliyyəsində keçirilən məhkəmədə boşanıb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı mayın 2-də misirli Məhəmməd Əlsaloussi ilə ailə həyatı qurub. Evlilikdə psixoloji zorakılıq iddialarından sonra cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.
5 aylıq evliliyə son qoyan məhkəmə bu gün Beykoz Ədliyyəsində keçirilib.
Məhkəmə Məhəmməd Əlsaloussi ilə Şeyma Subaşının boşanmasına qərar verib.
Şeyma Subaşı boşandıqdan sonra Mohammed Asaloussi ilə çəkdirdiyi şəkilləri İnstaqram hesabından silib. Digər tərəfdən Subaşı keçmiş həyat yoldaşını İnstaqramda izləməyə davam edir.
Murad Məmmədli