• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Barış Mançonun vəsiyyəti yerinə yetirildi - O, 50 il öncə...

MƏDƏNİYYƏT

28 Oktyabr 2023 | 10:39 | Müəllif: Subhan Mahmudov

Barış Mançonun vəsiyyəti yerinə yetirildi - O, 50 il öncə...

Türk musiqisinin əfsanələrindən olan Barış Manço 50 il əvvəl Türkiyənin 100 illik yubileyi üçün xüsusi olaraq "2023 marşı" yazıb.

Bakıvaxtı.az xəbər verir ki, o, Cümhuriyyətin 100-cü ildönümünü qeyd etməyin ona nəsib olmayacağını hiss etdiyi üçün bu marşın 2023-cü ildə simfonik şəkildə ifa olunmasını istəyib.

Türkiyənin məşhur Senforok Orkestri marşı ifa edərək Mançonun vəsiyyətini yerinə yetirib.

Belə ki, İstanbulda mərhum ifaçının həyat yoldaşı Lale Mançonun da dəvət aldığı proqramda onun 14 əsəri və sözügedən marşı səsləndirilib.

Qeyd edək ki, Manço 1999-cu il fevralın 1-də 56 yaşında Kadıköydəki evində ürək tutmasından vəfat edib./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026