• Bakı 24° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Ağamirzə Kərimin vəziyyətindən danışdı: 7 ilə yaxındır ki...

MƏDƏNİYYƏT

26 Noyabr 2023 | 23:00

Ağamirzə Kərimin vəziyyətindən danışdı: 7 ilə yaxındır ki...

"Ağakərimin vəziyyəti demək olar ki, yaxşı deyil. 7 ilə yaxındır ki, o, yataq xəstəsidir. Ağakərim nə otura, nə dura bilir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri meyxana ustadı Ağamirzə Məmmədov qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.

60 yaşlı söz xiridarı bildirib ki, yataq xəstəsi olan həmkarı Ağakərimin qulluğunda övladları durur:

"Ağakərimə övladları baxır. Halal olsun onlara. Ağakərim insanları tanımır. O, illər əvvəl insult keçirib. Şəkər xəstəsidir, təzyiqi var".

Meyxanaçı efirdə digər həmkarları ilə bağlı da danışıb.


SON XƏBƏRLƏR