• Bakı 19° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

TÜRKFİLM yaradıldı

MƏDƏNİYYƏT

26 Dekabr 2023 | 20:49 | Müəllif: Subhan Mahmudov

TÜRKFİLM yaradıldı

Özbəkistanın paytaxtı Daşkənddə Türk Dünyası Kino Rejissorları Birliyinin (TÜRKFİLM) yaradılması ilə bağlı niyyət bəyannaməsi imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, sənəd Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və TÜRKSOY rəsmilərinin iştirakı ilə imzalanıb.

Qeyd edilib ki, birliyin yaradılmasında əsas məqsəd türk kino sənayesinin maraqlı tərəflərinin ehtiyac duya biləcəyi mövzulara dəstək vermək, türk dünyasının zəngin mədəni irsini əks etdirən əsərlərin istehsalını təşviq etmək, türk xalqlarının birlik və qardaşlığını gücləndirmək, kino sahəsində mövcud bilik və təcrübələrin qarşılıqlı ötürülməsi, bu şəkildə ictimai, mədəni və iqtisadi inkişafı təmin etməkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026