Türkiyə musiqisinin imperatoru İbrahim Tatlıses və qızı Dilan Çıtak Tatlısəs arasında soyuq küləklər əsir.
Bakıvaxtı.az xəbər verir ki, məşhur sənətçinin ötən il yeni il proqramına qatdığı qızını builki yeni il üçün hazırlanan xüsusi proqramından çıxardığı öyrənilib.
İddialara görə, ata və qızı arasında münasibətlər pisləşməyə doğru gedir.
Əlavə olaraq Dilan İnstagramda atasını təqibdən çıxarıb. İbrahim Tatlısəs də qızını təqib etməyi dayandırıb. Buna cavab olaraq, Dilan sosial media hesabında atası ilə bağlı olan bütün paylaşımları silib.
Ziyafət Əlisoy
















