• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nura valideynlərə SƏSLƏNDİ: "Uşaqlarınızla dost olun"

MƏDƏNİYYƏT

24 Yanvar 2024 | 13:31

Nura valideynlərə SƏSLƏNDİ: "Uşaqlarınızla dost olun"

“6 nömrəli məktəbdə baş verən hadisəyə Elm və Təhsil Nazirliyinin verdiyi açıqlama absurd səslənir (kamera görüntüsündə təsdiqin tapmadı). Bu məsələ ciddi araşdırılmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabındakı paylaşımında yazıb.

6 nömrəli məktəbdə baş verən hadisəni qınayan ifaçı valideynləri övladları ilə dost olmağa səsləyib. Onun sözlərinə görə, bütün məktəblərdə uşaqlar digər şagirdlər tərəfindən bulinqə (Bulinq - uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır) məruz qalırlar:

“Guya ki, kiməsə şikayət edərsə, deməli, o, satqındır. Bunları uşaqların beyinlərinə TikTok-dakı söhbətlərləmi, ya evdə aldıqları tərbiyəyləmi yeridiblər, bilmirəm. Sovetin vaxtında da var idi, hələ də var.

Rusların “Müqəvva” filmində bulinqin nə olduğunu tam aydın göstəriblər. Uşaqlarınızla söhbət edin, onlarla dost olmağa çalışın, hər addımlarını qınamayın”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026