Aktyor Burak Sergen boşanıb.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Məlumata görə, həyat yoldaşı Nihan Ünsal tərəfindən xəyanətə uğradığını iddia edən Burak Sergenin evliliyi başa çatıb.
2021-ci ildə koronavirusa yoluxan və çətin bir proses keçən məşhur aktyor Burak Sergen elə həmin ilin iyununda Nihan Ünsalla evlənib. Burak Sergen Nihan Ünsalla evliliyinin üçüncü ayında xəyanətə məruz qaldığını iddia edib.
Sergen boşanmaq üçün məhkəməyə müraciət etdikdən sonra Ünsalın izmirli iş adamı Özer Kocerlə fotoları mətbuatda yer alıb.
Burak Sergenin vəkili Uğur Sıtkı "Müvəkkilim Burak Sergen ilə keçmiş həyat yoldaşı Nisan Ünsal arasında davam edən ayrılma davası tərəflərin boşanma qərarı ilə yekunlaşıb. Bu, ictimaiyyətə açıqlanıb" deyib.
Bu açıqlamanı aktyor sosial şəbəkədəki səhifəsində də yerləşdirib.
Murad Məmmədli

















